​"Bank VTB (Azerbaijan)" bu il kreditləşməni 25% artıracaq

​"Bank VTB (Azerbaijan)" bu il kreditləşməni 25% artıracaq Bank AİF və SKMF-in agenti olmaq niyyətindədir
Maliyyə
10 İyun , 2015 15:14
​Bank VTB (Azerbaijan) bu il kreditləşməni 25% artıracaq

Bakı. 10 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bu il ərzində kredit portfelini 25% və ya 40 mln. manat artıraraq 200 mln. manata çatdırmağı planlaşdırır. Bunu "Report"a bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, bank yaxın vaxtlarda Azərbaycan İpoteka Fondu (AİF) və Sahibkarlara Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlığın qurulması məqsədilə bu iki təşkilatın bank-agenti statusunu almaq niyyətindədir. Hazırda bununla bağlı qurumlarla müzakirələr aparılır. SKMF ilə bağlı danışıqların bu ay başa çatacağı və kreditləşmənin tezliklə başlaması gözlənilir. AİF ilə əməkdaşlığa isə sentyabr ayından başlanacağı ehtimal olunur.

Bundan başqa T.Vəliyev "Bank VTB (Azerbaijan)"ın "AzeriCard" Prosessinq Mərkəzinə qoşulması üçün müraciət etdiyini və Rusiya rublunda müxtəlif kredit kartları məhsullarını təklif etməyə hazırlaşdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi