"Bank Standard"ın Kreditorlar Komitəsi Bankın keçmiş vəzifəli şəxslərini məhkəməyə verəcək

"Bank Standard"ın Kreditorlar Komitəsi Bankın keçmiş vəzifəli şəxslərini məhkəməyə verəcək Qərar Komitənin bu gün keçirilən iclasında qəbul edilib
Maliyyə
23 İyun , 2017 16:43
Bank Standardın Kreditorlar Komitəsi Bankın keçmiş vəzifəli şəxslərini məhkəməyə verəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi vaxtilə Bankda baş vermiş qanunsuzluqlarla əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət edəcək.

“Report”un məlumatına görə, bununla bağlı qərar Komitənin bu gün keçirilən iclasında qəbul edilib.

Qurumun sədri həmçinin deyib ki, “Bank Standard”ın vəzifəli şəxslərinin vaxtı ilə yol verdikləri qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılacaq: “Bu məsələ ilə bağlı lazım olsa Avropa məhkəməsinə qədər gedəcəyik. Komitənin tərkibində kreditorları təmsil edən iki hüquq firması da var. Mən özüm də maraqlıyam ki, bu işdə kənar hüquqşünaslar da olsun və məxfiliyi qorumaq şərti ilə prosesdə iştirak etsinlər”.

Kreditorlar buna da razılıq veriblər.

İclas davam edir.

Son xəbərlər

Orphus sistemi