“Bank Respublika” YAŞAT Fonduna 200 min manat köçürdü

“Bank Respublika” YAŞAT Fonduna 200 min manat köçürdü Son 30 ildə Azərbaycan xalqının başlıca məqsədi və arzusu işğal altında olan ərazilərin azad edilməsi olmuşdur. YAŞAT
Maliyyə
11 Dekabr , 2020 12:51
“Bank Respublika” YAŞAT Fonduna 200 min manat köçürdü

Son 30 ildə Azərbaycan xalqının başlıca məqsədi və arzusu işğal altında olan ərazilərin azad edilməsi olmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu bu arzumuzu gerçəkləşdirdi.

Cəsur əsgərlərimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirdilər. Təəssüf ki, düşmənlə döyüşlərdə əsgər və zabitlərimiz arasında şəhid və yaralanlar oldu.

Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün, ölkə prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə YAŞAT Fondu yaradıldı.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika ASC YAŞAT Fonduna 200 000 manat məbləğində pul vəsaiti köçürüb.

Biz əminik ki, işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız bundan sonra əbədi dalğalanacaq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Son xəbərlər

Orphus sistemi