"Bank Respublika" sahibkarlara dövlət zəmanətli kreditlər verməyə başlayıb

"Bank Respublika" sahibkarlara dövlət zəmanətli kreditlər verməyə başlayıb "Bank Respublika" sahibkarlara dövlət zəmanətli kreditlər verməyə başlayıb
Maliyyə
5 Avqust , 2020 12:03
Bank Respublika sahibkarlara dövlət zəmanətli kreditlər verməyə başlayıb

Ölkə prezidentinin 4 iyun 2020-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Bu dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.

Bununla bağlı olaraq, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan Fond və ölkənin aparıcı banklarından biri - "Bank Respublika" ASC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmaya əsasən, pandemiyadan zərər çəkmiş sahibkarların, "Bank Respublika"dan manatla alacaqları kreditlərin faizlərinin yarısı subsidiyalaşdırılacaq, kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Dövlət zəmanətli kreditlərin müddəti 3 ilə qədər, məbləği 3 milyon manata qədər, güzəşt müddəti 12 aya qədər, illik faiz dərəcəsi isə 15%-ə qədərdir. Beləliklə, sahibkarlar kredit faizinin yarısını, yəni 7,5%-ə qədər hissəsini Banka ödəyəcək, eləcə də, girovu kredit götürməyə çatmırsa kreditin 60%-ə qədər hissəsinə dövlət zəmanət verəcək.

Yeni mexanizmin üstünlüklərindən biri də sahibkrların kredit üçün müraciəti banka getmədən elektron platforma üzərində rahat edə bilmələridir. Bunun üçün sahibkarlar https://e-edf.gov.az saytına daxil olaraq Müraciət bölməsini seçərək öz VÖEN-ni qeyd etməlidirlər. Əgər sahibkarın pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərdiyi təsdiq olunarsa, o zaman "Bank Respublika"dan güzəştli kredit əldə etmək üçün müraciət edə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi