“Bank Respublika” sahibkarlar üçün “Hesabı xeyrinizə dəyişin!” kampaniyasına start verib
- 02 fevral, 2022
- 10:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Biznesdə doğru atılan ilk addım uğurun açarıdır! Etibarlı tərəfdaşla atılan ilk addım isə uğurun təminatçısıdır! Yeni ildə biznesinizin uğur hekayəsini yazmağa hazırsınız?
O zaman Sizi uğura aparacaq bank hesabınızı “Bank Respublika” ASC-də açın, hesabı xeyrinizə dəyişin!
Belə ki, “Bank Respublika”nın start verdiyi yeni kampaniya çərçivəsində 1 aprel 2022-ci il tarixənə qədər Bankda yeni hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:
- Hesabın açılması – 0% komissiya;
- Əmək haqqı kartları (5 illik) – 0% komissiya;
- Biznes kart (5 illik) – 0% komissiya;
- İnternet Bankçılıq – 0% komissiya;
- Nağdlaşdırma komissiyası (limit çərçivəsində)- 0% komissiya.
Bundan başqa, hesabı onlayn açan hüquqi şəxs müştərilərinin qanuni təmsilçisinə “Visa Platinum” və yaxud “NeoKart Standart” kartı HƏDİYYƏ olaraq təqdim olunacaq!
Bank hesabınızı “Bank Respublika”da açın, #Hesabıxeyrinizədəyişin!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.