"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 13 aprel, 2018
  • 03:35
Bank Respublikanın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Mayın 29-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanındakı baş ofisində olacaq.

Yığıncağın gündəliyinə 2017-ci il üçün illik maliyyə hesabatının və kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi məsələləri daxildir.