“Bank Respublika”nın rəhbərliyi dəyişib

“Bank Respublika”nın rəhbərliyi dəyişib Bankın səhmdarları həmçinin nizamnamə kapitalının daha 20 mln. manat artırılmasına qərar veriblər
Maliyyə
29 Mart , 2017 10:35
“Bank Respublika”nın rəhbərliyi dəyişib

Bakı. 29 mart. REPORT.AZ/ Martın 28-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

"Report” xəbər verir ki, yığıncaqda Şakir Rəhimov bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elçin Quliyevi əvəz edib.

Bundan başqa, səhmdarlar Bankın nizamnamə kapitalının daha 20 mln. manat artırılmasına qərar veriblər.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 57,461 mln. manatdır. 

İngilis versiyası "Bank Respublika" reshuffles

Son xəbərlər

Orphus sistemi