Ötən həftə dünyanın nüfuzlu banklarından biri - Asiya İnkişaf Bankının (ADB) geniş nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ADB-in vitse-prezidenti Şiksin Çen ölkəmizdə əməkdaşlıq etdiyi özəl sektor nümayəndələri, xüsusilə bank sektorunun nümayənədələri ilə birgə görüş keçirib.
Görüşdə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti də iştirak edib. Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf iqtiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.
ADB-in vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini deyib.
Daha ətraflı məlumatı bankın rəsmi