“Bank Respublika” “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!

“Bank Respublika” “NeoKartla qazan!” tirajlı lotereyaya start verir! Ölkə ərazisində və ya xaricdə alış-veriş etməklə smartfon udmaq istəyirsiniz? İnternet üzərindən məhsul sifariş etməklə planşet sahibi olmaq istəyirsiniz? Bəs dostlarınızla nahar etməklə “Toyota RAV4 Hybrid” avtomobilini qazanmaq necə?
Maliyyə
25 Oktyabr , 2021 11:01
“Bank Respublika” “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!

Ölkə ərazisində və ya xaricdə alış-veriş etməklə smartfon udmaq istəyirsiniz? İnternet üzərindən məhsul sifariş etməklə planşet sahibi olmaq istəyirsiniz? Bəs dostlarınızla nahar etməklə “Toyota RAV4 Hybrid” avtomobilini qazanmaq necə?

Bu imkanı Sizə “Bank Respublika” ASC-nin start verdiyi “NeoKartla qazan!” tirajlı lotereyaya yaradacaq!

Yarandığı kiçik müddət ərzində böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet və hətta kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran “NeoKart” yeni lotereya çərçivəsində müştərilərinə bir-birindən dəyərli hədiyyələr qazandıracaq:

- 150 nəfər - 50 AZN məblığində pul mükafatı;

- 75 nəfər - 100 AZN məblığində pul mükafatı;

- 10 ədəd – “PowerBank”;

- 9 ədəd – “Samsung Galaxy” smartfonu;

- 5 ədəd – “Samsung Galaxy Tab”

- 5 ədəd - Smart saat;

Super Hədiyyə – “Toyota RAV4 LOW 2.5L Hybrid” avtomobili

“NeoKartla qazan!” adlı lotereyada iştirak hüququ əldə etmək üçün bu gündən gələn il mayın 1-nə qədər ölkə daxilində və xaricində, eləcə də internet üzərindən “NeoKart”laə mal və yaxud xidmətlər üzrə minimum 10 manat (və ya ekvivalenti) məbləğində nağdsız ödəniş etmək və Mobil Şöbə əlavəsində lotereyada iştirakınızı təsdiqləmək zəruridir.

“NeoKart Standard”la hər 10 AZN (və yaxud ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 1 uduş şansı, “NeoKart Premium”la isə, hər 10 AZN (və yaxud ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 5 uduş şansı qazandıracaq.

Lotereya 2 tirajdan ibarətdir:

- Bu il oktyabrın 25-dən dekabrın 31-nə qədər (31-i daxil olmaqla) həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar 15 yanvar 2022-ci ildə oynanılacaq;

- Gələn il yanvarın 1-dən mayın 1-nə qədər (1-I daxil olmaqla) həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar isə 14 may 2022-ci ildə oynanılacaq. Həmçinin Birinci tirajda əldə olunan şanslar həmçinin II tirajda da iştirak edəcəklər.

ATM və POS-terminallarla aparılan nağdlaşdırma əməliyyatları və maliyyə növlü əməliyyatlar (pul köçürmələri, kredit ödənişləri və sair) lotereyada iştirak etmir.

Lotereyanın şərtləri haqqında ətraflı məlumatı “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi