“Bank Respublika” korporativ sosial məsuliyyət sahəsində beynəlxalq təşəbbüsə qoşulub
Sosial məsuliyyət prinsiplərinə sadiq qalan, ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (United Nations Global Сompact) qoşulub.
BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 mindən çox təşkilatdır.
Bank Respublika BMT-nin Qlobal Sazişinə qoşulmaqla davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən Bank, insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramını təkmilləşdirməyə, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Bank hazırda yaşıl maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emalına yönəlmiş layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal işləyir.
Daha ətraflı məlumatı bankın rəsmi