Məktəblərarası Avropa Pul Viktorinasına qeydiyyat başlayıb
- 21 fevral, 2020
- 09:15
Finalı Belçikanın paytaxtı Brüsseldə keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - "Bank Respublika" ASC olacaq.
Viktorina Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Avropa Pul Viktorinası”30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.
Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ – ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.
Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində iştirak edə biləcək.
Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Brüsseldə baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Daha ətraflı məlumatı [email protected] elektron poçt ünvanına, başlıq hissəsində (subject) “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.