"Bank of Baku" yeni rüblük hesabatını açıqlayıb

Maliyyə
  • 25 oktyabr, 2017
  • 09:07
Bank of Baku yeni rüblük hesabatını açıqlayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC-nin aktivləri 2017-ci il oktyabrın 1-nə 433 678,63 min manat təşkil edib. Bu da illik müqayisədə 21,1% azalma deməkdir.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli illik 16,5% azalaraq oktyabrın 1-nə 337 699,2 min manat təşkil edib. Bunun da 145 638,2 min manat və ya 43,1%-nin ödəniş vaxtı keçib.

Bankın cəmi öhdəlikləri 393 170,21 min manat təşkil edib ki, bu da illik müqayisədə 21,2% azalma deməkdir. Öhdəliklərin 272 121,49 min manatını müştəri depozitləri, 20,0 mln. manatını Mərkəzi Bankdan alınmış kreditlər, 48 466,05 min manatını bankların və maliyyə institutlarının depozit və kreditləri, 24 227,85 min manatını bank tərəfindən buraxılmış qiymətli kağızlar və subordinasiya borcları əhatə edib. Bu da öz növbəsində müştəri depozitlərində illik 7,4% azalma, Mərkəzi Bankdan alınmış kreditlərdə 3 dəfə azalma olduğunu göstərir. 

Qeyd edək ki, 2017-ci il oktyabrın 1-nə "Bank of Baku"nun xüsusi kapitalı 29 996,65 min manat, cəmi kapitalı 40 508,42 min manat təşkil edib.

Bank 2017-ci ilin yanvar-sentyabrı ayları ərzində 31 890 min manat zərər edib. Qeyd edək ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% azalma deməkdir.