“Bank of Baku” yeni kampaniyaya başlayıb

Maliyyə
  • 21 dekabr, 2017
  • 08:40
“Bank of Baku” yeni kampaniyaya başlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “Bank of Baku” ASC Yeni İl bayramı ilə bağlı xüsusi kampaniyaya başlayıb. Kampaniya çərçivəsində Bank “Dostlar Klubu” kredit kartları üzrə komissiyalara endirim tətbiq edəcək.

“Report” bu barədə Banka sitinadən xəbər verir.

Belə ki, Gümüş, Qızıl və Brilliant kart sahibləri kampaniya çərçivəsində təcili kredit xətti üzrə istifadə etdikləri hər 50 manat üçün sadəcə 1 manat komissiya ödəyəcəklər. Yəni, 50 manat istifadə üçün 51 manat, 100 manat istifadə üçün 102 manat və s. ödəmə imkanları olacaq.

Kampaniya şərtlərinə əsasən, güzəştli komissiyalar istifadə edilən məbləğ 101-150 manat olduqda - 3 manat, 151-200 manat olduqda - 4 manat, 201-300 manat olduqda - 6 manat, 301-400 manat olduqda - 8 manat təşkil edir.

Yeni İl kampaniyasında "Dostlar Klubu"nun bütün köhnə və yeni üzvləri iştirak edə bilər.

“Bank of Baku”nun “Dostlar Klubu”na üzv olmayan şəxslər isə “Dostlar Klubu”na qoşulmaqla "Gümüş Standart" (kredit məbləği - 100 manatadək), Gümüş (kredit - 200 manatadək), Qızıl (kredit - 300 manatadək), Brilliant (kredit - 400 manatadək) kartlardan birini əldə edə və kampaniyadan faydalana bilərlər. 

Kampaniya yanvarın 5-dək davam edəcək. Qeyd edək ki, kampaniya dövrü bitdikdən sonra istifadə edilən məbləğlərə cari şərtlərə əsasən komissiya hesablanacaq.

44 filmi