"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib

"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib "Bank of Baku" ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin 35 illik yubileyi ilə əlaqədar təbriklərini bildirib və ABA-nın bank sektorundakı önəmindən bəhs edib:
Maliyyə
8 aprel 2025 16:12
Bank of Bakunun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib

"Bank of Baku" ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin 35 illik yubileyi ilə əlaqədar təbriklərini bildirib və ABA-nın bank sektorundakı önəmindən bəhs edib:

"ABA fəaliyyətdə olduğu 35 ildə ölkə bankçılığı əhəmiyyətli inkişaf yolu keçərək mühüm nailiyyətlər əldə edib, ölkənin bütün banklarını bir çətir altında peşəkarlıqla toplayaraq strateji yanaşmaların, sektordaxili əməkdaşlıq mühitinin formalaşdırılması kimi vacib missiyanı öz üzərinə götürüb. Assosiasiya banklar arasında sanki körpü rolunu oynayıb, nəticədə, koordinasiyalı fəaliyyətin təmin olunması, ortaq maraqların qorunması və sistemli dialoq mühitinin təşviqinə nail olub. Bir sözlə, ABA ölkəmizin bank sektorunda bir dəyər yaratmaqla özü də əvəzsiz dəyərə çevrilib.

ABA-nın təşəbbüsləri ilə aparılan müzakirələr, hüquqi və tənzimləyici sahələrdə təkliflər paketi ilə çıxış etməsi bank sektorunun yüksələn xəttlə inkişafında geniş imkanlar açıb. İnnovativ xidmətlərin tətbiqi, rəqəmsal transformasiya və maliyyə bazarlarında şəffaflığın artırılması sahəsində də ABA-nın liderlik rolu danılmazdır.

Assosiasiyanın xarici ölkələrin bankları ilə əlaqələri, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı xarici təcrübələrin öyrənilməsinə xüsusi təkan verib. Dövlət qurumları, ictimai təşkilatlarla sıx əməkdaşlıq isə bank sektorunun ölkə iqtisadiyyatında və cəmiyyətdə fəal iştirakına dəstək olub.

ABA bank sektoru üçün peşəkarların yetişdirilməsində də mühüm rol oynayıb. ABA-nın 25 ildir fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkil etdiyi peşəkar təlimlər, ixtisasartırma proqramları və beynəlxalq təcrübə mübadilələri sektor üzrə ümumi peşəkarlıq səviyyəsini daha da yüksəldib.

"Bank of Baku" olaraq, başda Zakir Nuriyev olmaqla ABA-nın əməkdaşlarını 35 illik, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzini isə 25 illik yubiley münasibətilə təbrik edir, ölkənin maliyyə sisteminin inkişafında bundan sonra da qabaqcıl mövqedə olmalarını arzulayırıq.

Hörmətlə,

Elçin İsayev

"Bank of Baku"nun Müşahidə Şurasının sədri.

Orphus sistemi