“Bank of Baku” müştərilərə xarici bank kartlarına pul köçürmək imkanı yaradıb
- 19 dekabr, 2017
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 dekabr. REPORT.AZ/ “Bank of Baku” ASC internet bankçılıq vasitəsilə xarici bank kartlarına pulköçürmə imkanını təqdim edib.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Belə ki, Bankın internet bankçılıq proqramından istifadə edən şəxslər, “Bank of Baku” və ya digər banka aid kartlarından vəsaitlərini, həmin bankın kartlarına, ölkədaxili digər bank kartlarına, xarici bank kartlarına “Money Send” xidməti vasitəsilə asanlıqla və təhlükəsiz formada göndərə biləcəklər. Bankın gətirdiyi əsas yenilik - kartdan karta xaricə pulköçürmə imkanı vasitəsilə müştərilərin xarici bank kartlarına da pul göndərə bilməsidir. Yəni Bankın internet bankçılıq xidmətinin istifadəçiləri istər "Bank of Baku", istərsə də digər yerli bankların kart hesablarından xarici bank kartlarına istədikləri vaxt kartdan karta pul köçürməsi edə biləcəklər.
Bir plastik kartla aparılan köçürmə məbləğinin gündəlik limiti 1 700 manat (1 000 USD), aylıq limiti isə 17 000 manat (10 000 USD) təşkil edir.
Qeyd edək ki, müştərilər internet bankçılıqdan istifadə etməklə, sadəcə, kartdan karta deyil, eyni zamanda "Contact" təcili pulköçürmə sistemi vasitəsilə də pul köçürmələrini həyata keçirə bilərlər.