"Bank of Baku" iş adamlarına yeni kart məhsulunu təqdim edib

"Bank of Baku" iş adamlarına yeni kart məhsulunu təqdim edib Söhbət "İŞKART"dan gedir
Maliyyə
6 Fevral , 2017 11:57
Bank of Baku iş adamlarına yeni kart məhsulunu təqdim edib

Bakı. 6 fevral. REPORT.AZ/ Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan "Bank of Baku" ASC korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır. 

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən "Bank of Baku" iş adamlarına özəl yeni "İŞKART" – biznes kart məhsulunu təqdim edir. 

"İŞKART" sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim edilən VÖEN hesabına bağlı debet "MasterCard" kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.

"İŞKART" sahiblərinə aşağıdakı üstünlükləri qazandıracaq: 

-Onlayn ödənişlər etmək

-Gömrük və digər rüsumları POS terminalla ödəmək

-Nağdsız ödənişlərdə 0,5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olmaq

-24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma etmək

-Güzəştli nağdlaşdırma tarifindən faydalanmaq

-AZN/USD/EUR hesablara bağlı kart almaq

Bu və bir çox digər üstünlükləri özündə birləşdirən "İŞKART" – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. "Bank of Baku"nun digər debet kartlarında olduğu kimi, "İŞKART" balansını kart sahibləri Bankın “Cash-in” ödəniş terminalı, "MilliÖn" və "E-manat" terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malikdirlər.

“Adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır. Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük”, - deyə "Bank of Baku"nun Rəqəmsal bankçılıq və layihələrin idarə edilməsi Departamentinin direktoru Anar Abbasov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi