​"Bank of Baku"da problemli kreditlərin həcmi kəskin artıb

​"Bank of Baku"da problemli kreditlərin həcmi kəskin artıb Bankın depozit portfeli illik müqayisədə 20% artıb
Maliyyə
842
14 May , 2015 15:16
​Bank of Bakuda problemli kreditlərin həcmi kəskin artıb

Bakı. 14 may. REPORT.AZ/ "Bank of Baku" ASC-nin aktivləri son bir il ərzində 20,2% artaraq 2015-ci il aprelin 1-nə 797,8 mln. manata çatıb. Bununla da 4,74%-ni və ya 37,8 mln. manatını nağd vəsaitlər təşkil edib.

Bankdan "Report"a verilən məlumata görə, aprelin 1-nə müştərilərə verilən kredit və lizinqlərin cəmi 668,7 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,51% çoxdur. Vaxtı keçmiş kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 32,4 mln. manatdan 69,5 mln. manata çatıb.

Bununla yanaşı, müştəri depozitlərinin həcmi illik müqayisədə 20,04% artaraq bu ilin aprelin 1-nə 459,2 mln. manata yüksəlib. 

Qeyd edək ki, 2015-ci il aprelin 1-nə "Bank of Baku"nun nizamnamə kapitalı 52,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi