"Bank Melli İran-Baku" ilk yarımilliyi mənfəətlə başa vurub

Maliyyə
  • 24 iyul, 2017
  • 06:17
Bank Melli İran-Baku ilk yarımilliyi mənfəətlə başa vurub

Bakı. 24 iyul. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialının aktivləri ilin əvvəlindən 8,92% artaraq cari il iyulun 1-nə 87,641 mln. manata çatıb. Kredit portfeli bu müddətdə 37,0% azalaraq 4,511 mln. manat olub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri ilin əvvəlindən 2,3 dəfə azalaraq 58,561 mln. manatdan 25,279 mln. manata enib. Bunun 22,958 mln. manatını maliyyə institutları qarşısında öhdəliklər, 2,216 mln. manatını müştəri hesabları təşkil edib. Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 73,611 mln. manat, cəmi kapitalı 62,362 mln. manat təşkil edib.

"Bank Melli İran-Baku" cari ilin birinci yarısını 750,5 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə Bank 125,3 min manat zərər edib.