“Bank BTB” pul köçürmə imkanlarını genişləndirərək “UPT” sisteminə qoşuldu

“Bank BTB” pul köçürmə imkanlarını genişləndirərək “UPT” sisteminə qoşuldu Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə “Bank BTB” ASC Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan UPT (Universal Payment Transfer) ilə əməkdaşlığa b
Maliyyə
18 Sentyabr , 2020 11:13
“Bank BTB” pul köçürmə imkanlarını genişləndirərək “UPT” sisteminə qoşuldu

Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə “Bank BTB” ASC Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan UPT (Universal Payment Transfer) ilə əməkdaşlığa başlayıb.

UPT pul vəsaitlərinin sürətli köçürülməsi üçün universal ödəniş sistemidir, dünyanın 200-ə yaxın ölkəsində yerləşən 400 mindən çox xidmət məntəqəsilə fəaliyyət göstərir. UPT sistemi vasitəsilə vəsaitləri TRY, EUR və USD valyutalarında göndərmək və almaq mümkündür. Vəsaitlər istər Türkiyənin bütün şəhərlərinə, istərsə də Avropanın bir çox ölkələrinə göndərilə bilər. Tariflərlə buradan tanış ola bilərsiniz: bit.ly/upt-tarifler

Xidmətin rahatlığı hesab açmadan, şəxsiyyət vəsiqəsi ilə Bank BTB-nin filiallarına yaxınlaşaraq, vəsaiti alan şəxsin adını qeyd etməklə göndərmə imkanının olmasıdır.   

UPT sisteminin əsas üstünlükləri:

Sürətli köçürmə;

Sərfəli tariflər;

Valyuta seçimi imkanı;

Etibarlılıq, təhlükəsizlik;

Rahat istifadə qaydaları.

Xatırladaq ki, bankımızın bu və digər məhsul və xidmətləri ilə bağlı hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagramb (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün  müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi