“Bank BTB” nizamnamə kapitalını 28% artırır

“Bank BTB” nizamnamə kapitalını 28% artırır Bakı. 13 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC-nin 14,45 mln. manatlıq öhdəliyi I dərəcəli kapitala çevriləcək.
Maliyyə
13 Dekabr , 2017 13:06
“Bank BTB” nizamnamə kapitalını 28% artırır

Bakı. 13 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC-nin 14,45 mln. manatlıq öhdəliyi I dərəcəli kapitala çevriləcək.

Bu barədə “Report”a Bankdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla da “Bank BTB”nin nizamnamə kapitalı 27,8% artaraq 52 mln. manatdan 66,45 mln. manata yüksələcək. Bankın dövriyyədə olan, hər biri 1 000 manat nominal dəyərə malik səhmlərinin sayı isə 52 mindən 66,45 minə çatacaq. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi