"Bank BTB"nin səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 18 aprel, 2018
  • 06:36
Bank BTBnin səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ İyunun 1-də "Bank BTB" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

"Report" Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, yığıncaq saat 11:00-da bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən baş ofisində olacaq. 

Səhmdarlar yığıncağın gündəliyi ilə baş ofisdə tanış ola bilərlər.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 mln. manatdır. Bankın səhmdarları Nigar İsmayıl qızı Mehdiyeva, Rza İsmayıl oğlu Sadiq (Müşahidə Şurasının sədri) və Tükəzban Ağa qızı Mahmudovadır.