“Bank BTB”nin səhmdarları dəyişib

Maliyyə
  • 15 dekabr, 2016
  • 10:46
“Bank BTB”nin səhmdarları dəyişib

Bakı. 15 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC-nin səhmdarı olan 3 fiziki şəxsdən 2-si dəyişib. 

“Report” xəbər verir ki, bankda müvafiq olaraq 15% və 10% paya malik olan Nurəddin Elməddin oğlu Əliyev və Cəfər Tofiq oğlu Əliyev paylarını satıblar.

Onların payını 19% və 6% olmaqla Rza İsmayıl oğlu Sadiq (“Bank BTB”-nin Müşahidə Şurasının sədri) və Tükəzban Ağa qızı Mahmudova alıblar.

Bankın 75% payla əsas səhmdarı isə Nigar İsmayıl qızı Mehdiyeva qalmaqdadır.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır.

44 filmi