"Bank BTB”nin balans kapitalı 2 % azalıb

Maliyyə
  • 25 aprel, 2023
  • 10:31
Bank BTB”nin balans kapitalı 2 % azalıb

"Bank BTB” ASC bu ilin I rübünü 888 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,295 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında "Bank BTB”nın gəlirləri 8,335 milyon manat (illik müqayisədə 5,34 % çox), xərcləri 8,214 milyon manat (2,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 765 min manat manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib.

Bu il aprelin 1-nə "Bank BTB”nin aktivləri 376,391 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur. Bunun 250,558 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,3% böyüyüb.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 6,7% artaraq 325,522 milyon manata, o cümlədən depozit portfeli 1,8% artaraq 148,93 milyon manata çatıb, balans kapitalı isə 1,5% azalaraq 50,869 milyon manata düşüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti