"Bank BTB" Füzuli rayonunda yeni filial açır

"Bank BTB" Füzuli rayonunda yeni filial açır Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı.
Maliyyə
27 Noyabr , 2020 11:17
Bank BTB Füzuli rayonunda yeni filial açır

Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı.

“Bank BTB”nin İdarə Heyəti bankın filial şəbəkəsini genişləndirərək işğaldan azad olmuş Füzuli rayonunda müasir tələblərə və standartlara uyğun filial açacağı ilə bağlı qərar qəbul edib.

Füzuli rayon ərazisinin düşməndən təmizlənməsi prosesi və vətəndaşlarımızın normal şəraitdə yaşayışı üçün bərpa işləri yekunlaşdıqda “Bank BTB” bütün sakinlərə mövcud bank xidmətlərini göstərəcəkdir. “Bank BTB”nin yeni üslubda qurulacaq Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ əmanətlər, kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edəcəkdir. Bölgə sakinləri bankımızın kənd təsərrüfatının inkişafına dəstək olmaq üçün təqdim etdiyi güzəştli şərtlərlə müxtəlif kredit məhsullarındanda yararlana biləcək.

“Bank BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər “Bank BTB”nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi