"Bank BTB" endirim kampaniyasına başlayıb

"Bank BTB" endirim kampaniyasına başlayıb Kampaniya ilin sonunadək davam edəcək
Maliyyə
9 Dekabr , 2016 14:07
Bank BTB endirim kampaniyasına başlayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ "Bank BTB" ASC yeni il ərəfəsində fərdi bank seyflərinin icarəsinə endirimlər elan edib. Fərdi bank seyflərinin icarəsi üzrə endirimlər 20%-dən 60%-dək təşkil edir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kampaniya ilin sonunadək davam edəcək:

Seyfin ölçüləri Qiymət (AZN)
1 ay 3 ay 6 ay 9 ay 12 ay
100 mm x 326 mm x 420 mm 10 25 45 70 90
200 mm x 326 mm x 420 mm 20 50 90 140 180
400 mm x 326 mm x 420 mm 40 100 180 280 360
600 mm x 326 mm x 420 mm 60 150 270 420 540

Qeyd edək ki, müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri "Bank BTB"nin baş ofisində (Yusif Səfərov küçəsi, 27) yerləşir. Tətbiq olunan “iki açar prinsipi" (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.

Son xəbərlər

Orphus sistemi