“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb

Maliyyə
  • 17 aprel, 2019
  • 09:36
“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 155,347 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 4,2% azdır

“Bank Avrasiya”nın aktivlərinin 75,997 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 0,1% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 8,7% azalaraq 91,304 milyon manat, o cümlədən depozit portfeli 20,4% azalaraq 41,235 milyon manat, bankın cəmi kapitalı isə 2,9% artaraq 64,044 milyon manat olub.

Bu ilin I rübündə “Bank Avrasiya”nın faiz gəlirləri 2,904 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,9% çox), faiz xərcləri 606 min manat (7,8% az), qeyri-faiz gəlirləri 395 min manat (33% çox), qeyri-faiz xərcləri 1,059 milyon manat (0,4% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 1,628 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz gəlirləri isə 8 min manat (8 dəfə çox) təşkil edib. Son nəticədə bank rübü 14 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 321 dəfə azdır.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

44 filmi