"Bank Avrasiya"nın aktivləri 28% artıb
- 06 mart, 2017
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 32 763,4 min manat və ya 27,5% artaraq 2017-ci il fevralın 1-nə 152 134,4 min manat təşkil edib.
"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 5 753,3 min manat və ya 6,90% artaraq 89 132 min manata çatıb.
Depozit portfeli isə illik müqayisədə 12 911,4 min manat və ya 45,4% artaraq 41 350,6 min manat olub.
Bu il fevralın 1-nə Bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 58,325 mln. manat təşkil edib.
"Bank Avrasiya" yanvar ayı ərzində 5 978,6 min manat mənfəət (vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək) əldə edib. Əvvəlki ilin müvafiq dövründə isə bu göstərici 1 603,9 min manat olub.