"Bank Avrasiya"nın aktivləri 14% artıb

Maliyyə
  • 25 oktyabr, 2016
  • 10:03
Bank Avrasiyanın aktivləri 14% artıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri 2016-cı ilin əvvəlindən 13,7% oktyabrın 1-nə 135 728,9 min manata çatıb. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 0,19% azalaraq 83 220,0 min manat təşkil edib. Həmçinin, nağd vəsaitlər 21,74% azalaraq 16 656,8 min manat olub.

Hesabat dövründə müştərilərin depozitlərində isə əksinə, artım qeydə alınıb. Depozit portfeli 11,3% artaraq 31 650,2 min manata yüksəlib. 

Bank cari ilin ilk 9 ayı ərzində 6 696,5 min manat mənfəət (vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək) əldə edib. Bankın yanvar-sentyabr ayları ərzində gəlirləri 11 560,8 min manat, xərcləri 5 038,2 min manat təşkil edib. 

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.