"Bank Avrasiya" bu ilin I rübündə 3 mln. manatdan çox mənfəət əldə edib

Maliyyə
  • 16 aprel, 2018
  • 12:05
Bank Avrasiya bu ilin I rübündə 3 mln. manatdan çox mənfəət əldə edib

Bakı. 16 aprel. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 10,7% artaraq bu il aprelin 1-nə 162 216,3 min manata çatıb.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə "Bank Avrasiya"nın kredit portfeli 0,7% artaraq 89 790,4 min manat təşkil edib.

Hesabat dövründə Bankın cəmi öhdəlikləri 16% artaraq 100 002,7 min manat, o cümlədən müştəri depozitləri 11,8% azalaraq 33 111,6 min manat olub. 

Martın sonuna kredit təşkilatının cəmi kapital isə 62 213,6 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur. 

“Bank Avrasiya” yanvar-mart aylarında 1 379,5 min manat əməliyyat mənfəəti əldə etdiyi halda, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət hesabına mənfəəti 3 233,7 min manata yüksəlib. Bankın mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azalma qeydə alınıb.

Rüb ərzində "Bank Avrasiya"nın faiz gəlirləri 2 794,3 min manat, faiz xərcləri 657,2 min manat, qeyri-faiz gəlirləri 296,9 min manat, qeyri-faiz xərcləri 1 054,5 min manat təşkil edib.