Bakıda mühasiblər forumu keçiriləcək
- 08 noyabr, 2016
- 13:21
Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 10-da Bakıda "Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi" mövzusunda mühasiblər forumu keçiriləcək.
Bu barədə "Report"a forumun təşkilatçısı Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasından (ARPA) məlumat verilib.
Bildirilib ki, forumda yerli və xarici auditor şirkətlərinin nümayəndələri, yerli dövlət qurumları və maliyyə təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Bu ildən etibarən mühasiblər forumu müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşdüyü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə sahəvi mövzuların müzakirəsi üçün platforma olacaq. İlk forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək.