Bakıda “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda İnvestorlar Yarmarkası keçirilir

Bakıda “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda İnvestorlar Yarmarkası keçirilir Bu gün Bakıda Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.
Maliyyə
4 Oktyabr , 2019 10:06
Bakıda “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda İnvestorlar Yarmarkası keçirilir

Bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib ki, bütün maliyyə bazar iştirakçılarının eyni platformada olması vacibdir: “Bundan başqa, mikro maliyyə təşkilatlarının fəaliyyətinin hüquqi bazada tənzimlənməsinin tərəfdarıyıq. Biz bu sahədə digər ölkələrdə aparılan işlərdən geri qalmamaliyiq. Bütövlükdə cəmiyyətin rəqəmsallaşmanın tənzimlənməsinə dair hüquqi bazaya nail olmalıyıq".

Bundan başqa, onun sözlərionə görə, hazırda Azərbaycanın bank sektorunda 7,2 milyon kart mövcuddur.

“Son 1 ildə ölkədə nəğdsiz ödənişlər 58% artıb”, - deyə ABA sədri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi