Bakıda bank işçiləri arasında şahmat yarışı keçiriləcək

Bakıda bank işçiləri arasında şahmat yarışı keçiriləcək Turnir mayın 10-17-də təşkil olunacaq
Maliyyə
31 Mart , 2016 16:03
Bakıda bank işçiləri arasında şahmat yarışı keçiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyası bank əməkdaşları arasında şahmat turniri keçirəcək. "Report"un məlumatına görə, mayın 10-da start götürəcək yarış ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunacaq.

"Banklar arasında şəxsi komanda yarışı" adı altında keçiriləcək yarış mayın 17-də başa çatacaq.

Turnirin təşkilində əsas məqsəd şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaqdır. Mükafat fondu isə ilk üç yeri tutan komanda, ən yaxşı 5 kişi və ən yaxşı bir qadın yarışçı üçün nəzərdə tutulub.

İsveçrə sistemi ilə keçiriləcək yarışda iştirak etmək istəyən bank əməkdaşları 50 manat ödəməlidirlər. 

Son xəbərlər

Orphus sistemi