Bakıda 9 ayda illik inflyasiya 2,5% olub

Bakıda 9 ayda illik inflyasiya 2,5% olub Bu ilin yanvar-sentyabr aylarında Bakıda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102,5% təşkil edib.
Maliyyə
3 Noyabr , 2020 17:18
Bakıda 9 ayda illik inflyasiya 2,5% olub

Bu ilin yanvar-sentyabr aylarında Bakıda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102,5% təşkil edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 104,7%, qeyri-ərzaq malları üzrə 100,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 101,1% təşkil edib.

Son xəbərlər

Orphus sistemi