“Bakı Telefon Rabitəsi” 3 illik maliyyə hesabatlarının auditinə 209 min manat xərcləyəcək

Maliyyə
  • 31 mart, 2018
  • 06:25
“Bakı Telefon Rabitəsi” 3 illik maliyyə hesabatlarının auditinə 209 min manat xərcləyəcək

Bakı. 31 mart. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.

Bu məqsədlə şirkətə 208 860 manat ödəniləcək.