"Bakı Fond Birjası" səhmdarlarına hesabat verəcək

Maliyyə
  • 30 aprel, 2019
  • 05:37
Bakı Fond Birjası səhmdarlarına hesabat verəcək

İyunun 3-də, saat 09:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq paytaxtdakı hotellərdən birində olacaq.

Yığıncağın gündəliyinə birjanın 2018-cı ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.