“Bakı Fond Birjası”nın dövriyyəsi 21% azalıb

Maliyyə
  • 04 iyun, 2019
  • 09:47
“Bakı Fond Birjası”nın dövriyyəsi 21% azalıb
Report

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 987,879 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 26,3% azalaraq 28 866-ya düşüb.

BFB-nin dövriyyəsinin 78,2%-i və yaxud 4 684,141 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 30% çoxdur.

Hesabat dövründə səhm bazarı üzrə əqdlərin dəyəri 17,4 dəfə artaraq 972 min manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 49,4% azalaraq 104,395 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 15,95% azalaraq 244,118 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 72,45% azalaraq 954,253 milyon manat olub. 

44 - Tezliklə