"Bakı Fond Birjası"nın dövriyyəsi 19 % artıb
Maliyyə
- 03 avqust, 2023
- 07:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 milyard 777,082 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 27,9 % artaraq 6 515 olub.
BFB-nin dövriyyəsinin 41,2 %-i, yaxud 4 milyard 26,66 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 11,5 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 32,1 % artaraq 761,581 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 60,7 % artaraq 4 milyard 988,841 milyon manat olub.
Son xəbərlər
14:09
Zelenski Ukrayna üzərində "Starshield"in iş sürətinin məhdudlaşdırıldığını bildirib
Digər ölkələr
14:06
Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlanıb
Maliyyə
14:01
"Real", PSJ və "Arsenal" Joan Qadu ilə maraqlanır
Futbol
13:56
Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Digər
13:40
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Digər ölkələr
13:35
Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
Energetika
13:35
Azərbaycanın Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
Fərdi
13:27
İrlandiyanın Baş naziri: Dublində keçiriləcək sammitdə Ukrayna və Moldova məsələləri diqqət mərkəzində olacaq
Digər ölkələr
13:19
"Mançester Yunayted" yanvarda heyətinə 2 müdafiəçi qata bilər
Futbol