Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib

Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib "Global Financial Centres İndex"də ilk yeri London tutub
Maliyyə
139
27 Mart , 2018 12:40
Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib

Bakı. 27 mart. REPORT.AZ/ Dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəli - "Global Financial Centres İndex" açıqlanıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda London (Böyük Britaniya) 794 bəndlə ilk sırada qərarlaşıb. 

İkinci yeri 793 bəndlə Nyu-York (ABŞ), 3-cü yeri isə 781 bəndlə Honq-Konq tutub. Sinqapur 765 bəndlə, Tokio (Yaponiya) 749 bəndlə, Şanxay (Çin) 741 bəndlə, Toronto (Kanada) 728 bəndlə, San-Fransisko (ABŞ) 726 bəndlə, Sidney (Avstraliya) 724 bəndə, Boston (ABŞ) isə 722 bəndlə 4-10-cu sıraları bölüşür.

Reytinq cədvəlində İstanbul (Türkiyə) 76-cı, Moskva (Rusiya) 83-cü, Astana (Qazaxıstan) 88-ci, Alma-Ata (Qazaxıstan) 94-cü, Sankt-Peterburq (Rusiya) isə 91-cı sırada qərarlaşıb. Maraqlıdır ki, Bakı ilk dəfə siyahıya daxil edilib və maliyyə mərkəzləri arasında 511 bəndlə 95-ci olub.

Qeyd edək ki, ənənəvi reytinq cədvdəlini "Z/Yen Group Ltd." maliyyə konsaltinq şirkəti ildə 2 dəfə hazırlayır. Cədvəldə biznes mühiti, maliyyə, infrastruktur, insan kapitalı və nüfuz olmaqla 5 qrup üzrə 102 fərdi amildən istifadə olunur. Prosesdə 3 000 peşəkar mütəxəssisin rəyi nəzərə alınır. 

Son xəbərlər

Orphus sistemi