“AzRe Təkrarsığorta”nın mənfəəti kəskin artıb

Maliyyə
  • 28 mart, 2018
  • 06:06
“AzRe Təkrarsığorta”nın mənfəəti kəskin artıb

Bakı. 28 mart. REPORT.AZ/ “AzRe Təkrarsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 102,167 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,4% azdır.

2017-ci ildə təkrarsığortaçının cəmi öhdəlikləri 11,8% azalaraq 24,824 mln. manata düşüb, cəmi kapitalı isə 2,5% artaraq 77,343 mln. manata çatıb.

Ötən il şirkətin gəlirləri 54,638 mln. manat (əvvəlki ilə nisbətən 19% az), xərcləri 28,826 mln. manat (39% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 25,812 mln. manat olub ki, bu da illik müqayisədə 27,9% çoxdur.

2017-ci ildə “AzRe Təkrarsığorta” 2016-cı ilə nisbətən 5,6% az – 4,417 mln. manat mənfəət vergisi ödəyib və ili 21,394 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 38% çoxdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti