“Azfinance İnvestisiya Şirkəti”nin rəhbərliyinə yeni təyinatlar olub
Maliyyə
- 06 dekabr, 2019
- 08:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azfinance İnvestisiya Şirkəti” QSC-yə iki yeni direktor müavini təyin edilib.
“Report” xəbər verir ki, bunlar indiyə qədər maliyyə qurumunda departament rəhbəri kimi çalışan Fərid Məmmədov və Pərvanə Qasımovadır.
Xatırladaq ki, yaxın vaxtlara qədər “Azfinance”ın direktor müavini olan İntiqam Səfərəliyev ötən ay direktor təyin olunub. Bundan sonra digər direktor müavini Murad Əhmədov vəzifəsini tərk edib.
“Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.
Son xəbərlər
11:42
Foto
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - Yenilənib
Xarici siyasət
11:38
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
Futbol
11:24
Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
Milli Məclis
11:23
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Digər ölkələr
11:21
"Marafon" komandası Azərbaycan Kubokunda ilkə imza atıb
Futbol
11:18
Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb
Futbol
11:17
Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"
ASK
11:16
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək
ASK
11:05
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Milli Məclis