“Azəryaşlandşaft” zərərini 6,5 dəfə azaldıb

Maliyyə
  • 11 fevral, 2023
  • 10:04
“Azəryaşlandşaft” zərərini 6,5 dəfə azaldıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) 2021-ci ili 3,661 milyon manat xalis zərərlə başa vurub.

“Report” xəbər verir ki, səhmdar cəmiyyət 2020-ci ildən 23,621 milyon manat xalis zərərlə çıxmışdı.

2021-ci ildə “Azəryaşlandşaft”ın cəmi gəlirləri 6,426 milyon manat (əvvəlki illə müqayisədə 34 % az), o cümlədən vergi və məcburi ödənişlərdən daxilolmalar üzrə qeyri-birja gəlirləri 154 min manat (41,4 % az), digər qeyri-birja əməliyyatlarından gəlirləri 6,272 milyon manat (33,7 % az) olub.

“Azəryaşlandşaft”ın xərcləri isə 10,087 milyon manat (13,4 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 454 min manat (2,7 dəfə az), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 4,607 milyon manat (13,5 % az), amortizasiya və köhnəlmə xərcləri 3,689 milyon manat (2,1 dəfə çox), maliyyə yardımları və sair transfer ödənişləri üzrə xərcləri 50 min manat (1 il əvvəl olmayıb), sair əməliyyat xərcləri 1,288 milyon manat (2,3 dəfə çox) təşkil edib.

2022-ci il yanvarın 1-nə “Azəryaşlandşaft”ın cəmi aktivləri 63,786 milyon manat olub ki, bu da, illik müqayisədə 5,3 % çoxdur. Hesabat dövrünə səhmdar cəmiyyətin öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 5,3 % artaraq 63,786 milyon manata çatıb.

Xatırladaq ki, “Azəryaşlandşaft” ASC Azərbaycan Prezidentinin 13 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsis edilib.

ASC-nin əsas məqsədi Azərbaycanda yaşıllıqların salınması sahəsində xidmətlər göstərən yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti