"Azərsığorta"nın yığımları 25% artıb

"Azərsığorta"nın yığımları 25% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
11 Oktyabr , 2016 13:56
Azərsığortanın yığımları 25% artıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yığımları 36 614 546 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,11% çoxdur.

Hesabat dövründə "Azərsığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 12 532 450 manat ödəniş edib və bu, illik müqayisədə 34,84% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında "Azərsığorta" topladığı hər 100 manat sığorta haqqının 34,23 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 31,76% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb və ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi