Bakı. 21 dekabr. REPORT.AZ/ “MONEX” təcili pulköçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. İndi “Rico Express” mikromaliyyə təşkilatının Yunanıstanda fəaliyyət göstərən bütün şöbələrində “MONEX” sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür.
"Report" bu barədə “Muğanbank”a istinadən xəbər verir.
“Muğanbank” ASC tərəfindən 2011-ci ildə yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən, "Azərpoçt"un filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30 000-dən artıq məntəqə üzrə pulköçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili pul köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, "Online" pul köçürməsi və "eManat" terminalları vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur.
Qeyd edək ki, “Rico Express”in Yunanıstanda 11 məntəqəsi var.