Bu il aprelin 1-nə Azərbaycan xarici ölkələrlə 6,843 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır.
Bu ilin ilk 3 ayında xarici ticarət dövriyyəsinin 4,206 milyard ABŞ dolları ixracın, 2,636 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,2%, idxal isə 15,9% azalıb.
Son nəticədə xarici ticarətdə 1,569 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 16,4% çoxdur.