Azərbaycanın törəmə maliyyə alətləri bazarı 57% kiçilib

Maliyyə
  • 07 may, 2019
  • 08:31
Azərbaycanın törəmə maliyyə alətləri bazarı 57% kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanın törəmə maliyyə alətləri bazarında 1 089,6 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,4% azdır.

Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 11% artaraq 28 743-ə çatıb. 

44 filmi