Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb

Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ötən gün təkrarsığorta lisenziyasını ləğv etdiyi “Azərbaycan Sənaye Sığorta” (ASS) və “İpək Yolu Sığorta” ASC-lər bunun səbəbini açıqlayıb.
Maliyyə
19 Oktyabr , 2018 10:34
Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ötən gün təkrarsığorta lisenziyasını ləğv etdiyi “Azərbaycan Sənaye Sığorta” (ASS) və “İpək Yolu Sığorta” ASC-lər bunun səbəbini açıqlayıb.

ASS-nin İdarə Heyətinin sədri Kamran Babayev “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət təkrarsığorta lisenziyasına malik olsa da, uzun müddət idi ki, ondan istifadə etmirdi: “Hazırda təkrarsığorta fəaliyyəti şirkətin inkişaf strategiyasına uyğun deyil. Biz başqa sığorta şirkətlərinin risklərini təkrarsığortaya qəbul etməkdə maraqlı deyilik və buna görə də lisenziyanı könüllü qaydada təhvil verdik”.

“İpək Yolu Sığorta”dan da “Report”a bildirilib ki, şirkət təxminən 1 il idi ki, təkrarsığorta risklərini qəbul etmirdi: “Bu fəaliyyət o qədər də yüksək gəlirli deyildi. Buna görə də, lisenziyanın ləğvi üçün Palataya müraciət olundu və müvafiq qərar qəbul edildi. Hələ ki, təkrarsığorta ilə bağlı planlar yoxdur”.

Son xəbərlər

Orphus sistemi