Azərbaycanın sığorta sektorunda "Mühüm iştirak payı" anlayışının dəyişdirilməsi təklif olunur.
"Report" xəbər verir ki, bu "Sığorta fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 %-nə və yaxud daha çox hissəsinə birbaşa və yaxud dolayı yolla malik olmadır (hazırda bu rəqəm 10 %-dir).
Şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin.