Azərbaycanın şərabçılıq müəssisəsi qiymətli kağızlar bazarına çıxıb

Azərbaycanın şərabçılıq müəssisəsi qiymətli kağızlar bazarına çıxıb “AZ.Şərab" ASC Bakı Fond Birjasının alternativ bazar seqmentində listinqə daxil edilib
Maliyyə
29 Mart , 2017 17:02
Azərbaycanın şərabçılıq müəssisəsi qiymətli kağızlar bazarına çıxıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AZ.Şərab" ASC Birjanın alternativ bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, şərabçılıq müəssisəsi nizamnamə kapitalını (498 972 manatdır) formalaşdıran bütün qiymətli kağızlarını ticarətə buraxacaq. Söhbət hər birinin nominal dəyəri 2 manat olan 249 486 ədəd səhmdən gedir. Səhmlərin ticarətinə sabahdan başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi