Azərbaycanın qiymətli kağızlar bazarı 6% kiçilib
- 03 avqust, 2019
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 8 176,3 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.
Son 1 ildə fond bazarında bağlanmış əqdlərin sayı isə 6,75% artaraq 2 706-ya çatıb.
6 ay ərzində qiymətli kağızlar bazarının 1 082,5 milyon manatlıq hissəsi korporativ, 6 656 milyon manatlıq hissəsi dövlət, 437,8 milyon manatlıq hissəsi isə repo/əks-repo bazarının payına düşüb. Bu, illik müqayisədə 4,1% az, 10,8% çox və 6,1% azdır.
Hesabat dövründə 3 seqment üzrə bağlanmış əqdlərin sayı isə müvafiq olaraq 1 440, 1 022 və 244 olub. Bu isə 1 il əvvələ nisbətən 5,1% az, 28,1% çox və 10,9% çoxdur.