Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 38 milyard 165,7 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
9 aylıq göstəricinin 6 milyard 7,7 milyon manatlıq hissəsi ilkin bazarda (0,6 % az), 32 milyard 158,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (3 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 61 040 əqd bağlanılıb. Bu, illik müqayisədə 6,3 dəfə çoxdur. Əqdlərin 51 127-si ilkin bazarın (27,6 dəfə çox), 9 913-ü isə təkrar bazarın (26,95 % çox) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 5 milyard 269,4 milyon manatlıq hissəsi və yaxud 13,8 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 815,8 milyon manatlıq hissəsi və yaxud 7,4 %-i korporativ qiymətli kağızların, 30 milyard 80,6 milyon manatlıq hissəsi və yaxud 78,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 14,7 % az, 62,4 % çox və 3,5 dəfə çoxdur.
9 ayda bu bazarda bağlanmış əqdlərin isə 2 114-ü və yaxud 3,5 %-i dövlət qiymətli kağızlarının, 52 329-u və yaxud 85,7 %-i korporativ qiymətli kağızların, 6 597-si və yaxud 10,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 4,9 % az, 17,55 dəfə çox və 48 % çoxdur.